YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: AŞPA prezidenti Ann Brössorün dedikləri həqiqətdən uzaqdır

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı AŞPA prezidenti Ann Brössorün Azərbaycanla bağlı səsləndirdiyi ittihamlara cavab verib. 

Millət vəkili “Qafqazinfo”ya açıqlamasında bildirmişdir ki, Ann Brössorun fikirləri sırf onun subyektiv düşüncələridir və həqiqətdən kənardır: “Hesab edirəm ki, onun dedikləri subyektiv fikirləridir və Azərbaycanın ictimai-siyasi durumunu obyektiv olaraq əks etdirmir. Bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar aparılır, insan haqları, vətəndaşların hüquqlarının təmin edilməsi sahəsində uğurlar əldə edilir, sosial-iqtisadi inkişaf gedir.”

Mübariz Qurbanlı qeyd etmişdir ki, Azərbaycanda sərbəst toplaşmaq, söz və mətbuat azadlığı təmin edilib, məhkəmələr isə hüquq çərçivəsində həyata keçirilir: “İttiham olunan şəxslərin müdafiəsinə tam təminat verilir. Azərbaycan bu quruma üzv olandan bəri öz öhdəliklərini  tam olaraq yerinə yetirib. Bu gün Ermənistanın işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi ekoloji problemləri göz önünə gətirmirlər. Çətin geopolitik bir məqamda AŞ –da bəzi dairələr anti-Azərbaycan meylləri nümayiş etdirir. Təcavüzkar Ermənistanın yürütdüyü siyasətə qarşı çıxmaq əvəzinə demokratiya yolunu tutan Azərbaycana təzyiqlər edilir. Bu yolverilməzdir və ikili standartın bariz nümunəsidir.”

DİGƏR Xəbərlər Arxiv