YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müstəqil Azərbaycanın dövlət quruculuğu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib.

Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri Mansur ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin siyasi irsi və çoxşaxəli fəaliyyətindən danışıb.  Mansur Quliyev Azərbaycan xalqının xilaskarı ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna işlərdən geniş bəhs edib.

Tədbirdə çıxış edən Qarabağ Regional Mərkəzinin rəis müavini Eldəniz Bayramov, Regional Mərkəzin əməkdaşları Həsən Nəsirov, Elvin Əlizadə və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu istiqamətində gördüyü işlərdən, dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıblar.