YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Atılan addımlar Azərbaycanın tərəqqisinə xidmət edir

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə, xalqın suveren iradəsini ifadə edən, vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən qəraralara imza atan Azərbaycan Parlamenti fəaliyyətini uğurla davam etdirir. Dahi rəhbər, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan ölkəmizin parlamentarizm ənənələri bu gün Prezident İlham Əliyevin proqram xarakterli tövsiyələri ilə zamanın tələbinə uyğun müstəqil Azərbaycanın tərəqqisinə, inkişafına xidmət edir.

İlk gündən fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində quran Azərbaycan Parlamenti milli maraqların təminatında və təhlükəsizlik mühitinin təmin edilməsində qanunvericilik sahəsində lazımi addımlar atır.

Prezident İlham Əliyevin xeyir-duası ilə işinə başlayan VI çağırış Milli Məclis qanunun aliliyinin təminatı məqsədilə aparılan islahatların əsasında üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir. Ölkə həyatının müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən qanunlar, qərarlar qəbul edən Milli Məclis milli maraqları ilə bağlı məsələlərdə daim prinsipial, qətiyyətli mövqe göstərir. Ən əsası, zamanın tələbinə uyğun təkmilləşən qanunverici qurum dövlətimizin strateji xətti ilə bağlı bütün məsələlərdə insan amilinə söykənən dövlət siyasətini əsas götürür.

“Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır”.

Prezident İlham Əliyevin 10 mart 2020-ci il altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında tarixi, proqram xarakterli çıxışında səsləndirdiyi bu fikirlər bu gün tam təsdiqini tapıb. Qanunvericilik bazasını yeniləyən, yeni çağırışlara uyğun təşəbbüslərlə çıxış edən Milli Məclis zəmanəsinin ən parlaq liderlərindən olan dövlət başçısı cənab İlham Əliyevin irəli sürdüyü siyasi iradə, başlatdığı inqilabi islahatlar kursunu uğurla həyata keçirir, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə töhfələrini verir. Ölkədə yeni islahatlar kursu, parlament üzvləri qarşısında qoyulan məsuliyyətli vəzifə layiqincə, uğurla həyata keçirilir.

Şübhə yoxdur ki, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsini, ümumbəşəri demokratik prinsiplərini, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələrini davam etdirən Azərbaycan Parlamenti qarşıdakı müddətdə də ölkənin hərtərəfli tərəqqi yolunda bütün səy və imkanlarını səfərbər edəcəkdir.