YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın maraqlarına xidmət

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

2020-ci ilin 10 mart tarixində VI çağırış Milli Məclisin ilk iclası keçirilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin iclasda iştirak edərək, bir sıra mühüm məsələlərdən bəhs edən geniş və məzmunlu çıxışı ilə nitq söyləyib. Ölkə başçısı altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə parlament nümayəndələrinə səmimi təbriklərini çatdırıb. Eyni zamanda Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söyləyib. Prezident İlham Əliyev onu da vurğulayıb ki, seçkilərdə bütün siyasi qüvvələr iştairak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlətimizin başçısı qeyd edib ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.

Qeyd edək ki,  2018-ci il prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı.  Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyan dərin və geniş islahatlar kursuna uyğun olaraq 2020-ci ildə qanunverici orqanda da islahatlar həyata keçirildi və xalqımızın azad, demokratik seçimi əsasında Milli Məclisin yeni tərkibi formalaşdı. Yeni tərkibdə müxalifət partiyalarının sayı artdı ki, bu da ölkəmizdə demokratiyanın inkişafının, demokratik mühitin göstəricisidir. Eyni zamanda Parlament dünyanı cənginə alan pandemiya səbəbindən bir sıra sahələrdə məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, davamlı və fasiləsiz surətdə öz işini davam etdirib. Digər faktlardan biri də məhz Vətən müharibəsi dövrünə aiddir ki, həmin dövrdə də Milli Məclisin deputatları öz fəaliyyətlərini daha da gücləndirib, parlament rəhbərliyi səviyyəsində xarici ölkələrdəki həmkarları ilə fəal təmaslar qurmuşdur. Eləcə də, bu məsələlərlə əlaqədar parlament adından dünya ölkələrinin parlamentlərinə çoxsaylı müraciətlər ünvanlanmışdır. Ümumilikdə qeyd etmək olar ki, Azərbaycan Parlamenti öz fəaliyyətini xalqımızın maraqları naminə qurur və bu istiqamətdə də fasiləsiz, davamlı tədbirlər həyata keçirir.

DİGƏR Xəbərlər Arxiv