YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni təşəbbüslər demokratik inkişafa töhfədir

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Azərbaycanda 2020-ci ildə keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və parlamentin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Prezident İlham Əliyev 10 mart 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında etdiyi çıxışında növbədənkənar seçkilərin respublikada həyata keçirilən sistemli islahatların davamı olduğunu qeyd etmişdi. Diqqətəlayiq haldır ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermiş və yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bəyan etmişdi. Bu isə, dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, seçkilərin nəticələrinin tanınması deməkdir. Bütün siyasi qüvvələrin eyni imkanlara sahib olaraq, sağlam rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmələri nəticəsində altıncı çağırış Milli Məclis çoxpartiyalı parlament kimi formalaşdı. Bu da ölkədə siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu olduğunu göstərir. İlk dəfə olaraq müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində, eləcə də müxtəlif komitələrin rəhbərliyində təmsil olunurlar. Əlbəttə ki, bu fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək baxımından böyük əhəmiyyət kəsb edir. Həmçinin dövlət başçımızın Milli Məclisinin ilk iclasında etdiyi çıxışında verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq, bu gün qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır.

Azərbaycanda çoxpartiyalı sistem möhkəm əsaslar üzərində qurulur və bu sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri tədricən yaradılır. Qeyd olunmalıdır ki, bu gün Azərbaycanda davamlı olaraq aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Xüsusilə ölkədə bir müddət əvvəl kadr islahatlarına ciddi ehtiyac duyulurdu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirirdi. Buna görə də dövlət başçımızın tapşırı əsasında həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında köklü islahatlara start verildi və bu işlər bundan sonra da davam etdirləcək. Təbii ki, islahatların dərinləşməsi prosesi parlamentdən də yan keçə bilməzdi. Bu gün ölkədə müşahidə olunan proseslər göstərir ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verə bilib. Lakin mütərəqqi proseslər davam etməlidir. Bu baxımdan da deputatlar qarşısında böyük vəzifələr durur. Dəyişən reallıqlar yeni, mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslər irəli sürülməli, iqtisadi islahatların dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir.

Bu gün dinamik inkişaf edən Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ölkə əhalisinin mütləq əksəriyyəti isə gənclərdən ibarətdir. Məhz bu səbəbdən də gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə müvafiq addımların atılması vacibdir. Prezident İlham Əliyevin çıxışında bu məsələ barədə yer almış açıqlamalarda Azərbaycan gəncliyinin milli-vətənpərvər ruhda tərbiyə almaları, xarici təsir altına düşməmələri dövlətin və cəmiyyətin qarşısında duran ən vacib məsələlərdən biri kimi qeyd olunmuşdur. Dövlət başçımızın öz çıxışında səsləndirdiyi fikirlər də təsdiqləyir ki, gənc nəslin milli və hərbi-vətənpərvərlik hissləri ilə tərbiyə olunmasında dövlətlə xalqın üzərinə düşən vəzifə eynidir.

Cənab Prezident bir daha qeyd edib ki, milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha geniş olmalıdır. Bu gün Azərbaycanın sürətli inkişafı, getdikcə artan iqtisadi və hərbi gücü dostlarımızı sevindirdiyi kimi, bəzi xarici dairələri ciddi şəkildə narahat edir.

Bu gün hər kəsin qarşısında duran ən önəmli məsələlərdən biri əlbəttə ki, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsidir. Bu məqsədlə Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən təşkilatlarla daha səmərəli iş görülməlidir. O təşkilatlarda ki, ölkəmizə qarşı, qərəzli bəyanatlar verilir, həmin qurumlarda ölkəmizin mövqeləri gücləndirilməlidir.