YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətin strateji təməli sarsılmazdır

“XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi Ümummilli lider Heydər Əliyevin qətiyyəti, ən optimal çıxış yollarını tapmaq və düzgün müəyyən edilmiş strategiyanı böyük bacarıqla həyata keçirmək istedadı sayəsində aradan qaldırılıb. Məhz Azərbaycanın xilaskarı Ulu Öndər Azərbaycanda dövlət müstəqilliyinin möhkəm təməllərini yaratmaqla ölkəmizin və xalqımızın böyük gələcəyinin yollarını müəyyənləşdirib. Çünki Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Ümummilli lider Heydər Əliyev xilas edə bilərdi.” Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil: “Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqın istəyi ilə Ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Ümummilli lider Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən, xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi”.

Deputat bildirib ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Ümummilli Lider Heydər Əliyevin şah əsəridir: “Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Ümummilli lider Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində olduğu kimi bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir. Hazırda isə Ulu Öndər Heydər Əliyevin strategiyasına uyğun inkişaf edən ölkəmiz özünün ən şərəfli dövrünü yaşayır. Nəhayət 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz tərəfindən Qarabağ və Şərqi Zəngəzur azad olunaraq, ərazi bütövlüyümüz təmin edilib. Artıq bölgədə yeni reallıq yaranıb. Bu reallığın müəllifi isə güclü, qalib Azərbaycandır. Bu gün Azərbaycanın iştirakı olmadan heç bir regional və beynəlxalq layihə reallaşmır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində başlıca rola malikdir. Ölkəmiz dünyada BMT-dən sonra ikinci böyük və güclü təşkilat olan Qoşulmama Hərəkatına rəhbərlik edir. Artıq Azərbaycan qlobal təşəbbüslərin müəllifi və icraçısıdır. Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycanın ortaya qoymuş olduğu strategiya bölgədə və qlobal miqyasda sülhü, təhlükəsizliyi təşviq edir. Bu mənada Azərbaycan tarixdə indiki qədər güclü oldmadığı bir daha daha qabarıq şəkidlə önə çıxır. Bütün bu amillər isə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yol xəritəsində Prezident İlham Əliyevin praqmatik siyasi-diplomatik bacarığına əsaslanır”.

Sevinc Hüseynova hesab edir ki, strateji təməl nə qədər sarsılmazdırsa, möhkəm dayaqlara malikdirsə, o dövlətin də belə bir mürəkkəb vəziyyətdə özünəməxsus yer alması da bir o qədər güclüdür: “XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider və XXI əsrdə Cənubi Qafqazda parlayan bir günəş olan Azərbaycanı formalaşdıran Prezidednt İlham Əliyev fenomeni mövcuddur. Sözsüz ki, bu gün Ümummilli Liderin və bütün şəhidlərin ruhu şaddır, Müzəffər Ali baş Komandanın rəhbərliyi ilə Ordumuz öz müqəddəs missiyasını yerinə yetirdi. Elə bir Ordu yaradıldı ki, 30 illik erməni işğalına 44 gündə son qoyuldu. Bu gün isə azad Qarabağda, Şərqi Zəngəzur iqtisadi rayonunda Böyük Qayıdışın ayaq səsləri eşidilir. Zəngilanın Ağalı kəndində “ağıllı kənd” konsepsiyasına uyğun qısa zamanda ən müasir yaşayış məntəqəsi salındı. 30 ilə yaxın öz yurdlarından didərgin düşmüş Ağalı sakinləri artıq evlərində, ata-baba yurdlarına əbədi, xoşbəxt, təhlükəsiz yaşamaq üçün geri dönüblər. Digər azad edilmiş ərazilərimizdə də bərpa-quruculuq işləri sürətlə icra edilir. Mənfur ermənilərin basdırdıqları mina təhlükəsinin aradan qaldırılması fonunda yaşayış məntəqələri inşa edilir. Qısa zamanda o torpaqların da əzəli sakinləri öz yurdlarına dönüb, əbədi olaraq orada yaşayacaq. Çünki bu gün güclü, qalib Azərbaycan hər bir vətəndaşı üçün güvənc, dayaq yeri olmaqla bölgədə təhlükəsizliyin əsas qarantı, inkişafın lokomotividir”.