YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xocalı rayon təşkilatının yaradılmasının 28 illiyi qeyd olunub

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Xocalı rayon təşkilatının yaradılmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Aşağı Ağcakənd qəsəbəsində yerləşən abidəsi ziyarət olunub.

Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. Olduqca çətin şəraitdə yaranmış partiyanın çox qısa müddətdə böyük siyasi qüvvə kimi formalaşmasını, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsini Heydər Əliyev fenomeninin qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb. Bildirib ki, Ümummilli Liderin müdrik, uzaqgörən siyasəti və zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısının alınmasına, vətəndaş qarşıdurmasının aradan qalxmasına, müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verdi. Qeyd olunub ki, Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti Prezident, YAP-ın sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vahid Əliyev rayon təşkilatının 28 il ərzində keçdiyi yola da nəzər salıb.

YAP Xocalı rayon təşkilatının yaranmasının təəssübkeşlər qrupunun üzvü olmuş Ramiz Qəhrəmanov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov partiyanın müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynadığını bildirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə tarixi uğurlar əldə edən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

Tədbirin sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv