YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sistemli islahatların davamı

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Ölkəmizdə demokratik təsisatların yaradılması, dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi, yeniləşməsi dövlətimizin siyasətinin əsas tərkib hissəsidir. Azərbaycanın iqtisadi və siyasi islahatların vəhdətliyi fonunda qazandığı uğurlar daim beynəlxalq aləmdə təqdir edilir. Cünki bu reallıq inkaredilməzdir ki, elə ölkələr var onlarda demokratik inkişaf yüksək səviyyədədir, iqtisadi tərəqqidən söhbət gedə bilməz, elə ölkələr də var iqtisadi tərəqqisi ilə nümunədir, demokratik inkişafdan danışmaq mümkün deyil. Azərbaycan isə iqtisadi və siyai islahatların vəhdətliyini təmin etməklə qazandığığı uğurları ilə diqqətdədir. Azərbaycan təkmil inkişaf modelini dünyaya təqdim edir.

Bu gün dövlət başçısı İlham Əliyevin 2020-ci ilin 10 mart tarixində 6-cı çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi çağırışların, qarşıya qoyduğu hədəflərin fonunda son üç ildə görülən işlərə qısa nəzər salmaqla belə bir əminliyi qürurla qeyd edəcəyik ki, Azərbaycan qarşısına qoyduğu hər bir məqsədə doğru inamla addımlayır, sistemli islahatlar həyata keçirir.

Azərbaycan ən islahatçı ölkələr sırasında qərarlaşıb. Dövrün tələbləri daim islahatlar prosesinin dərinləşdirilməsinə çağıışlar edir. 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkilərinin keçirilməsi də zamanın tələbi oldu. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası 2019-cu ilin sonlarında belə bir təşəbbüslə çıxış etdi ki, ölkədə gedən proseslərin qanunverici orqanda da öz əksinii tapması vacibdir. Bunu üçün Milli Məclis buraxılmalı, növbədənkənar parlament seçkiləri keçirilməlidir. Bu təşəbbüs məhz 2020-ci il 9 fevral tarixində növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə nəticələndi. Azərbaycan bir daha demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini dünyaya nümayiş etdirdi. Cənab İlham Əliyev 6-cı çağırış Milli Məclisin ilk iclasında bildirmişdir: “Seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər.”

Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi də demokratik ənənələrin inkişafına xidmət edən addımlar sırasındadır. Dövlət başçısı İlham Əliyev həmin çıxışında bu məsələyə də xüsusi diqqət yönəldərək qeyd etmişdir ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir: “Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir… Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.”

Prezident İlham Əliyevin hər bir çağırışı Azərbaycanın uğurlu gələcəyinə,  beynəlxalq nüfuzuna, demokratik ölkə kimi yeri və rolunu möhkəmləndirməsinə xidmət edir. Həmin çağırışların ifadə edildiyi vaxtdan ötən 3 ildə ğörülən işlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Təkcə bir faktı qeyd etmək istərdik ki, cəmiyyətin idarə edilməsində mühüm rol oynayan onlarla təkmil qanunlar qəbul olunub, böyük əksəriyyətinə əlavə və dəyişikliklər edilib. Hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində aparılan təkmil islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edir.