YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Siyasi Davos” Forumu, yaxud diqqət regionun diplomatiya paytaxtına! – TƏHLİL / VİDEO

Dünyanın diqqəti yenidən Cənubi Qafqazın diplomatiya paytaxtındadır. Bakı növbəti dəfə qlobal məsələlərin müzakirə edildiyi, regional və beynəlxalq problemlərin həll yollarının axtarıldığı mühüm platforma rolunda çıxış edir. 

Müxtəlif xarici ölkələrin hazırki və sabiq dövlət və hökumət başçılarını, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini, beynəlxalq ekspertləri yenidən bir araya gətirən, X dəfə ev sahibliyi etdiyimiz Qlobal Bakı Forumu vacib intellektual-siyasi platformadır.

Forum iştirakçılarının ildən-ilə sayının artması və əhatə dairəsinin genişlənməsi ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinin, qlobal təşəbbüslərinin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsinin, Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinin nəticəsidir.

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan budəfəki - X Qlobal Bakı Forumunda yeni dünya nizamına təhdid yaradan amillər, o cümlədən təhlükəsizlik məsələsi və sülhün təmin olunması üçün perspektivlər, bölünmüş dünyada dayanıqlılığın qurulması və bunun qlobal sülhə təsiri kimi məsələlərə nəzər salınır, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılır.

Qlobal Bakı Forumu kimi mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə təqdim olunması baxımından da xüsusi önəmə malikdir. Bakı belə mühüm beynəlxalq platforma vasitəsilə postmüharibə dövründə yaranan yeni reallıqları, sülh və əməkdaşlıq təşəbbüslərini diqqətə çatdırır. Dövlət başçısı tərəfindən səsləndirilən fikirlər də göstərir ki, Qlobal Bakı Forumu regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın ədalətli yanaşmasının və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyinin nümayişi baxımından əhəmiyyətli rola malikdir.

Beləliklə, Azərbaycanın paytaxtı, regionun isə diplomatiya başkəndi olan Bakıda Qlobal Forum çərçivəsində müzakirə olunan məsələlər, səsləndirilən fikirlər ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etdiyini növbəti dəfə təsdiqləyir.

DİGƏR Xəbərlər Arxiv