YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğur formulu: xalq-iqtidar birliyi

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Ölkəmizdə müstəqil, demokratik Azərbaycan Respublikasının qurucusu, memarı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası və xalqımızın maraqlarına xidmət edən dövlətçilik prinsipləri ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bütün sahələrdə olduğu kimi ölkəmizdə keçirilən seçki kompaniyalarında da şəffaflıq və demokratik prinsiplər əsas istiqamət kimi götürülüb. Qeyd edək ki, keçirilmiş bütün seçki kompaniyalarında Yeni Azərbaycan Partiyası böyük səs çoxluğu ilə qələbə qazanıb. Bu qələbənin əsas səbəbi ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, xalqın dövlətimizə olan inam və etibarıdır.

2020-ci ilin mart ayının 10-da Prezident İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı mühüm məqamları ilə yadda qaldı.

Prezident İlham Əliyev mart ayının 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı dövlətimizdə xalqın maraqlarına xidmət edən sosial siyasətin əhəmiyyətindən və bu istiqamətdə qarşıda duran prioritet istiqamətlərdən bəhs edərək bildirib ki, “Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir. Təkcə keçən il mənim təşəbbüsümlə reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə edir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır.”

Bu istiqamətdə işlər bu gündə uğurla davam etdirilməkdədir. Ölkəmizdə vətəndaşların sosial rifah halının yaxşılaşdırılması Azərbaycanın dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev öz fəaliyyəti ilə Ümummilli lider ideyalarının layiqli davamçısı olduğunu bir daha təsdiq edib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Ölkə Prezidenti İlham Əliyev əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində hər zaman mühüm addımlar atır.

Qeyd edək ki, ölkəmizdə sağlam siyasi mühitin mövcudluğunu Prezident İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş siyasi dövlət strategiyası təşkil edir.