YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanovda ağacəkmə aksiyası keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə Nərimanov rayon Bələdiyyə parkı ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayonunda fəaliyyət göstərən qurumların rəhbərləri, YAP Nərimanov rayon təşkilatı üzrə ərazi partiya təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak ediblər.

Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Onun əziz xatirəsini yad etmək, ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması üzrə maarifləndirici təbliğata dəstək olmaq və cəmiyyəti ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.

Aksiya zamanı sözügedən ərazidə 100-dən çox Eldar şamı əkilib və ərazidə olan 2000-dən artıq ağaca qulluq göstərilib.