YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsas məsələ təhlükəsizlikdir

Dövlətlər və fərdlər üçün əsas məsələ təhlükəsizlikdir. Xaricdən gələn təhlükələrə, dünyada baş verən münaqişələrə misal olaraq xüsusilə Rusiya-Ukrayna müharibəsini göstərə bilərik. İlk dəfədir ki, beynəlxalq tədbirimiz bu müharibəyə reaksiya verib. Biz icazə verməməliyik ki, dünyada müharibələr yaransın. Dünyada baş verən münaqişələr ölkələrin bir çox planını dəyişdi.

Bu fikirləri Latviya Respublikasının Prezidenti Egils Levits X Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Bölünmüş dünyada dayanıqlılığın qurulması: onun qlobal sülhə təsiri” mövzusunda birinci panel iclasında deyib.

Latviya Prezidenti diqqətə çatdırıb ki, eyni zamanda, dünyada baş verən iqlim dəyişikliyi təhlükə yaradır: "İqlim dəyişikliyi hazırda dünyamızda əsas problemlərdən biridir. Onun aradan qaldırılması üçün səylər göstərilməlidir. Qanunun aliliyinin və dünya sülhün təməli olan beynəlxalq hüququn təmin edilməsi mühümdür", - deyə E.Levits əlavə edib.