YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdabda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.

Əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan  Camalzadə Azərbaycan qadınının milli və mənəvi dəyərlərin təminatçısı kimi çıxış etdiyini, qadınların çalışdıqları hər sahədə uğur qazanmaları, şəxsi həyatla ictimai fəaliyyətlərini tam uyğunlaşdırmaları üçün ölkəmizdə hər bir şəraitin yaradıldığını, dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərildiyini, onların əməyinin mütəmadi olaraq yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev müstəqil Azərbaycanın qazandığı bütün uğurlarında qadınların xidmətlərinin əvəzsiz olduğunu, həmçinin 8 martın qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü kimi qeyd olunduğunu vurğulayıb.

Sonda görüşdə iştirak edən şəhid analarına, rayonun ictimai həyatında fərqlənən qadınlara hədiyyələr, YAP sıralarına yeni daxil olan xanımlara partiya vəsiqələri təqdim edilib və xatirə şəkli çəkdirilib.