YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ann Brasör: AŞPA Azərbaycanın ərazi bütovlüyünə dair birmənalı mövqe tutur

Avropa Şurası Parlament Assambleyası Azərbaycanın ərazi bütövlüyünə dair birmənalı mövqe tutur. Bu barədə AŞPA rəhbəri Ann Brasör bu gün Bakıda Assambleyanın Daimi Komitəsinin iclasında bildirib.

Ann Brasör deyib: "Ərazi bütövlüyü prinsipi əsas dəyərlərdən biridir və biz onu təkcə hazırda aktual olan Ukrayna məsələsi ilə bağlı deyil, Azərbaycanla bağlı da qəbul edirik. AŞPA və Avropanın bütün strukturları bu dəyərlərə sadiq olmalıdırlar. AŞPA artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı münasibətini bildirib, müvafiq qətnamə qəbul edib və Azərbaycanın ərazi bütövlüyünü qəbul edib".