YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamal rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbirlər davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Asan xidmətdə fəaliyyət göstərən könüllülərə sertifikatlarının verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında cəmiyyətin sosial həyatının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqaməti hesab olunur. Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi Öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, öncə Birinci Qarabağ müharibəsində könüllü dəstələrinin təşkil edilməsi və onların torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına mübarizə aparmalarını qeyd etməliyik. Müharibədən sonra isə dinc quruculuq dövründə hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi. Beləliklə, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verildi. Qeyd olunub ki, son illərdə respublikamızın davamlı inkişafının təmin olunmasında Vətənə, dövlətə, milli-mənəvi dəyərlərə bağlı olan könüllülük hərəkatının əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyev 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etmişdi. Qeyd olunub ki, ölkəmizdə könüllülük proqramlarınını irəli sürülüb həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsləri və rəhbəri olduğu Heydər Əliyev Fondunun rolu danılmazdır. B.Nəbiyev qeyd edib ki,  könüllülərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində həm rəşadətli Azərbaycan Ordusunun tərkibində, həm də informasiya müharibəsində öz yüksək fəaliyyətləri ilə yadda qalıb.

3 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru Tural Nağıyev qeyd edib ki, ölkəmiz çox sahələr üzrə böyük uğurlara imza atır. Bunun təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycana müsbət imic qazandırdığı bildirilib. T.Nağıyev ASAN xidmətin yaradılması ilə məmur-vətəndaş münasibətlərinə böyük töhfə verildiyini diqqətə çatdırıb. Məhz ölkə rəhbərliyinin yaratdığı imkanlar nəticəsində bu sahədə də gənclərə böyük önəm verildiyi vurğulanıb. Qeyd olunub ki, öncə dövlətin yaratdığı imkan və şərait sayəsində təhsil alan gənc ictimai faydalı işlə məşğul olaraq təcrübə keçdiyi quruma öz töhfəsini verir, digər tərəfdən təcrübə keçdiyi dövlət qurumunda iş həyatı ilə tanış olur, məsuliyyət, işdə daxili nizam-intizam qaydaları, subordinasiya kimi məsələləri öyrənir və bütün bunlara özləri də riayət edirlər.

Daha sonra ASAN könüllülərə sertifikatlar təqdim olunub.

Tədbirə bədii hissə ilə yekun vurulub.

DİGƏR Xəbərlər Arxiv