YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni vandalizminin şahidləri

Əlcəzairin “Əl Hərir” portalında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizə gəlmiş xarici media nümayəndələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri barədə silsilə materiallar dərc edib.

Portal AZƏRTAC-ın materiallarına istinadla xarici jurnalistlərin Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan aksiya yerinə gəlmələri barədə xəbər və fotoşəkillər yerləşdirib. Xəbərdə qeyd olunub ki, ekoaksiyanın gedişi barədə məlumatlandırılan xarici media nümayəndələri aksiyadan reportajlar hazırlayıblar. Əcnəbi jurnalistlər, eyni zamanda, Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolundan keçidini də izləyiblər.

Oxucuların diqqətinə çatdırılıb ki, xarici jurnalistlər etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə olmadığını, yolun humanitar məqsədlər üçün tam açıq olduğunu müşahidə ediblər.

Əlcəzair portalı, həmçinin xarici jurnalistlərin Füzulidə və Ağdamda erməni barbarlığının şahidi olması barədə də xəbərlər yayımlayıb. “Əl Hərir”in materiallarında qeyd olunub ki, əcnəbi media nümayəndələri Gəncədə erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsini anıblar.

DİGƏR Xəbərlər Arxiv