YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbədiyaşar Lider

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Ümummilli Lider Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik dövründə həyatını vətəninə, xalqına həsr etməklə Azərbaycan xalqının məhəbbətini qazanıb.

Hələ sovet dövründə yüksək vəzifələrdə işləmiş Heydər Əliyev müstəqillik əldə etdikdən sonra vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib, Ermənistanla müharibə vəziyyətində olan, iqtisadi böhranlarla mübarizə aparan Azərbaycana rəhbərlik etməklə xalqının, dövlətinin  xilaskarkarına çevrildi. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Ümummilli Liderin hakimiyyəti dövründə "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 7 ölkəsinin 11 ən iri neft şirkəti ilə müqavilə bağlandı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkənin iqtisadi inkişafının əsası qoyuldu. Ümummilli Lider başda Türkiyə olmaqla  türk dövlətləri ilə, eləcə də Rusiya, ABŞ və Avropa ölkələri ilə iqtisadi, siyasi  əlaqələr quraraq ölkəmizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi. Həmçinin Onun prezidentliyi dövründə ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən konstitusiya referendumla qəbul edildi və  ölüm hökmü  ləğv edildi. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Ancaq təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli Liderin "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"- ifadəsi cənab İlham Əliyevin bütövlükdə xarakterini, onun potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Cənab İlham Əliyev Ümummilli Lider  kursunu davam etdirərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması istiqamətində uğurlu fəaliyyət göstərdi. 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqları İlham Əliyevin fəaliyyəti nəticəsində 44 günə azad olundu.

Ulu öndərin “Nə qədər Azərbaycan dövləti, Azərbaycan xalqı var, mən də olacağam” sözləri bütün zamanlar üçün çox aktualdır. Bu gün cəmiyyətimiz çox yaxşı dərk edir ki, Azərbaycanı nicata aparan yol Heydər Əliyev siyasi kursuna-vətəninə, xalqına böyük məhəbbətdən, qanunların aliliyinə sədaqətdən keçir.