YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi ənənələr üzərində qurulmuş qardaşlıq münasibətləri

Pakistan mediasında “Heydər Əliyev: Pakistan-Azərbaycan münasibətləri” mövzusunda məqalə çap olunub

Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun “Heydər Əliyev: Pakistan-Azərbaycan münasibətləri” sərlövhəli məqaləsi Pakistanın bir sıra agentliklərində,  nüfuzlu media orqanlarında yayımlanıb.

Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişafındakı rolundan söz açılır. Bildirilir ki, Azərbaycanla-Pakistan arasında münasibətlər qardaşlıq səviyyəsindədir. 44 günlük Vətən Müharibəsində Pakistanın Azərbaycana verdiyi dəstək ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən xəbər verir.

Qeyd edilir ki, Ulu öndər Heydər Əliyev Pakistanla münasibətlərə böyük önəm verib və bu dövlətlə əlaqələrin inkişafı üçün önəmli addmlar atıb. Ümummilli liderin Pakistan-Azərbaycan əlaqələrinin qurulmasında və inkişafında mühüm rolu olub.

Pakistan Azərbaycanın Türkiyə ilə yanaşı, dünyadakı əsas strateji müttəfiqlərindən biridir. İki ölkə arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr çərçivəsində intensiv xarakter daşıyır.

Məqalədə Ulu öndərin Pakistan haqqında fikirlərinə yer verilir: “Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimiz üzərində qurulur. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyi haqqında bəyanat verdikdən sonra Pakistan ölkəmizin öz müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Sonrakı dövrdə, xüsusən axırıncı illərdə də Pakistanla Azərbaycan arasında çox yaxşı əlaqələr yaranıbdır”.

Məqalədə 1996-cı ilin aprelində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistana səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər və imzalanan sazişlərin əhəmiyyəti önə çəkilir. Həmçinin bildirilir ki, Ulu öndər qardaş Pakistanda da sevilən lider idi.

R.Əhmədov məqaləsində həmçinin qeyd edir ki, dövlətlərimiz arasında hazırda münasibətlər ən yüksək səviyyəyə çatıb və Prezident İlham Əliyev ulu öndər tərəfindən qoyulan strategiyanı uğurla davam etdirir.

Məqalədə Birinci vitse-prezient, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da Pakistanla münasibətlərin inkişafına xüsusi önəm verdiyi qeyd edilir: “Onun təşəbbüsü və rəhbərliyi ilə Pakistanda xeyriyyə tədbirləri reallaşdırılıb. Buna görə də 2015-ci il martın 11-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ordeni təqdim olunub”.

Məqalənin sonunda qeyd edilir ki, Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli formatda qurulan əməkdaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır və bu əlaqələrin davamlı olması çox önəmlidir.

Məqaləyə nəzər salmaq üçün keçidlər:

https://pakistaneconomicnet.com/story/85251/?fbclid=IwAR0pp8a9jKMNvCCTqsF50-WYcR-Du9LByNl8HOYqyh6ZMCjphZ-FqsfTtU4

https://en.dailyittehad.com.pk/story/15241?fbclid=IwAR0sLS5XXOgzpCuvM9QK-sgJ4f6gpiM-v0rFy4S4W1sw7B60WNhaDF0WOVY

https://thegulfobserver.com/heydar-aliyev-pakistan-azerbaijan-relations/?fbclid=IwAR1VxpAHdpXqXK1GgUYSigUmh1Fotv6quvXXpOh9DaUbQ6xPgkvou-o1ghY

https://pakistanintheworld.pk/live/national-leader-heydar-aliyev-constructor-of-azerbaijan-pakistan-relations/?fbclid=IwAR34THvkDPxQGQy3Gun8B7fHBvtb9uGOUuDdqGtRzy4XjNXrqwN8UwCakfk