YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə səfiri: İdmançılarımızın azərbaycanlı qardaşları ilə birlikdə “Bakı-2015”-də uğur qazanacaqlarına əminəm

Birinci Avropa Oyunlarına Türkiyədən 200-ə yaxın idmançı qatılacaq. Bu gün idmançılardan ibarət ilk qrup Bakıya gəlib. Onlar özlərini doğma Vətəndə hiss edirlər. Bizim üçün yaratdığı gözəl imkana görə Azərbaycana təşəkkür edirəm.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun jurnalistlərə müsahibəsində bildirib.

Azərbaycanda Oyunlara ciddi hazırlıq işlərinin aparıldığını vurğulayan diplomat bu prosesin artıq son mərhələyə qədəm qoyduğunu bildirib. Bütün infrastruktur hazırdır. Ümid edirəm ki, birinci Avropa Oyunları Azərbaycan ilə yanaşı, Türkiyənin də qürur duyacağı idman bayramı olacaq.

Səfir mükəmməl idman infrastrukturuna sahib olan Azərbaycanın bu mühüm tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyini vurğulayaraq deyib: “İdmançılarımızın azərbaycanlı qardaşları ilə birlikdə birinci Avropa Oyunlarında uğurlu nəticələr əldə edəcəklərinə inanıram. Onların zəfəri Azərbaycanın zəfəri, azərbaycanlı idmançıların uğuru isə bizim uğurumuz olacaq”.