YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələri daim diqqət mərkəzindədir

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları rayonun Yenigün kəndində Vətən müharibəsi şəhidi Quliyev Rusif Asim oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə Rusif Quliyevin şərəfli həyat və döyüş yolundan, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışılıb, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Qeyd edək ki, şəhidimizin bir qız övladı Təranə Quliyeva bizlərə əmanət qalmışdır. Təranənin anası 2019-cu ildə vəfat edib, atası isə 2020-ci ildə Vətən müharibəsi zamanı şəhid olub. Hər iki valideynini itirən 3 yaşlı Təranə 2020-ci ilin dekabr ayından YAP Ağstafa rayon təşkilatı tərəfindən himayəyə götürülüb. Hər ay rayon təşkilatı tərəfindən şəhidin ailəsinə maddi yardım göstərilir.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Rusif Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.