YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Tehranda keçiriləcək texnologiya və innovasiya sərgisində iştirak edəcək

İyunun 9-da Tehranda IV texnologiya və innovasiya sərgisi (İNOTEX-2015) açılacaq.

Sərgidə dünyanın 20 ölkəsindən 500-ə yaxın şirkət iştirak edəcək. Builki sərgiyə İran İslam Respublikasının 54 şirkəti qatılaraq texnologiya məhsullarını nümayiş etdirəcək. Rusiyanı sərgidə 34 qurum təmsil edəcək. Bu ölkələrlə yanaşı sərgidə Çinin, Böyük Britaniyanın, Koreya Respublikasının, Hindistanın və başqa ölkələrin şirkətləri iştirak edəcəklər.

Beynəlxalq sərgidə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil edəcək. Nazirliyin hazırladığı stenddə Azərbaycanın milli istehsalı olan texnologiya və innovasiya məhsulları nümayiş etdiriləcək.

Sərgi çərçivəsində müxtəlif dövlətləri təmsil edən şirkətlərin rəhbərləri qarşılıqlı görüşlər keçirərək əməkdaşlıq əlaqələrini müzakirə edəcəklər.

Sərgidə nümayiş olunacaq məhsulların satışı da nəzərdə tutulub.