YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə ilə Azərbaycan birgə strategiyalar əsasında yüksək texnologiyalar sahəsində layihələr həyata keçirə bilərlər

Azərbaycan son illər texnologiyaların inkişafına əhəmiyyətli sərmayə yatırımları həyata keçirib. Ölkədə bu sahədə infrastruktur təkmilləşdirilir. Türkiyədə də son illər dövlət tərəfindən texnologiyalar sahəsinə böyük dəstək göstərilib. Artıq Türkiyə yeni texnologiyalar istehsal edən və ixrac edən ölkəyə çevrilir.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun “Rabitə dünyası” qəzetinə müsahibəsində bildirib.

Səfir hesab edir ki, Türkiyə ilə Azərbaycan yüksək texnologiyalar sahəsinin inkişafında birgə strategiyalar əsasında yeni layihələr həyata keçirə bilərlər. Bu ölkələrdə peyk texnologiyalarının, eyni zamanda irimiqyaslı yüksək texnologiyaların tətbiqi mümkündür. Hər iki ölkənin özünəməxsus şəbəkələri, texnologiyaları, peykləri ola bilər, lakin bir çox istiqamətdə ortaq hədəflər, maraqlar da var.