YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Prezidenti Vladimir Putin iyunun 12-13-də Bakıya səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin iyunun 12-13-də Bakıya səfər edəcək, burada bir sıra beynəlxalq görüşlər keçirəcək. Bu barədə Rusiya dövləti başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, V.Putin Azərbaycanın paytaxtında birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Onun Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax ilə görüşəcəyi də gözlənilir.

Bundan əlavə, Rusiya lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək. Rusiya və Türkiyə liderləri iyunun 8-də telefonla danışaraq, Bakıda görüşüb söhbət etmək imkanını müzakirə ediblər.