YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkinci bir nümunə yoxdur!

“Dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri əsasında qurulmuş və daima möhkəmlənən Azərbaycan-Türkiyə münasibətləri bu gün tarixinin ən yüksək zirvəsini yaşamaqdadır. Hər zaman bir-birinin yanında olan Azərbaycan-Türkiyə dövlətləri çətin günlərində bir-birinə dəstək və arxa-dayaq olmuş, yardım etmişdir.”

Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, fevral ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri Azərbaycanın qardaş Türkiyəyə olan dəstəyinin və çətin günündə öz qardaşının yanında olmasının göstəricisidir: “Səfər zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən ölkə başçımız İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verərək xəsarət alanlara şəfalar dilədi. Cənab Prezident baş vermiş faciədən kədərləndiyini və Azərbaycan xalqının dərindən sarsıldığını bildirərək,  zəlzələnin baş verdiyi ilk gündən etibarən Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu qeyd etdi. Eyni zamanda ölkə başçımız bundan sonra da humanitar yardımların davam edəcəyini diqqətə çatdırdı. Bəli, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qardaş Türkiyə Respublikasında dəhşətli zəlzələnin baş verdiyi ilk gündən etibarən Azərbaycan dövləti öz dəstəyini göstərməyə başladı. Dövlət başçımız və Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyeva başda olmaqla Azərbaycan xalqı əlindən gələn bütün köməkliyi və dəstəyi göstərərək bir daha "Bir millət iki dövlət" kəlamını sübuta yetirdi və dünyaya əsl qardaşlıq nümunəsi nümayiş etdirdi. Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri Azərbaycan-Türkiyə qardaşlığının dünyaya növbəti sübutu oldu. Tarix boyu Azərbaycan-Türkiyə qardaşlığı kimi möhkəm, səmimi və dərin köklərə malik ikinci bir nümunəyə rast gəlinməmişdir və bu qardaşlıq dünya ölkələrinə nümunədir.  Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə  əlaqələrinin inkşaf etməsi, müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi  ölkə liderləri, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, uzaqgörən və müdik siyasətinin nəticəsidir.”