YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər unudulmur!

Suraxanı rayonunda Vətən müharibəsi şəhidi Qasımlı Muxtar Əli oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİH başçısının müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilər şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra şəhidin məzun olduğu 318 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdulov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, məktəbin direktoru Əliqismət Səfərov və digərləri çıxışlarında torpaqlarımızın azadlığı uğrunda canından keçən igid Vətən övladlarının şücaətindən bəhs ediblər. Qeyd olunub ki, şəhid Muxtar Qasımlı Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.