YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının, Göygöl Rayon İcra Hakimiyyətinin və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və qardaş Türkiyədə təbii fəlakət nəticəsində həyatı itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımının insanlığa qarşı ən qatı terror aktı və bəşəriyyətə qarşı tarixi cinayət olduğunu vurğulayıb.

Vüqar İsayev bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib.

Qeyd olunub ki, Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində artıq bir çox dövlətlərin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyır və ildən-ilə bu ölkələrin sayı artmaqdadır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” kampaniyası bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. 

Çaykənd kənd ərazi partiya təşkilatının sədr müavini Anar Rzayev, Göygöl Rayon İcra Hakimiyyətinin əməkdaşı Vəfa İbrahimova, rayon Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, rayon Gənclər İdman İdarəsinin rəisi Zaur Abbasov, DAİM ərazi partiya təşkilatının sədr müavini Valeh Əsədov, Peşə məktəbinin direktoru Kəmalə Nəhmədova çıxışlarında Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolundan danışıblar.        

Sonda Göygöl Gənclər Evinin hazırladığı Xocalı faciəsinə həsr olunmuş “O gecə olmasaydı” adlı film nümayiş etdirilib.