YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərsu” ASC 2015-ci ilin “Su Liderləri” beynəlxalq mükafatına layiq görülüb

“Qlobal Su təsərrüfatı liderləri” Qrupunun təşkilatçılığı ilə Yunanıstanın paytaxtı Afinada keçirilən “Global water 2015” forumu yekunlaşıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən su şirkətlərinin rəhbərlərinin iştirak etdiyi tədbirdə qlobal su problemləri haqqında məruzələr dinlənilib, problemlərdən çıxış yolları ətrafında müzakirələr aparılıb.

Forumun sonunda beynəlxalq su sənayesinə verdikləri töhfələrə və bu sahədə qazanılan nailiyyətlərə görə müxtəlif nominasiyalar üzrə mükafatların verilməsi mərasimi keçirilib. Tədbirdə elan edilib ki, kommunal sahədə nailiyyətlərə və göstərilən yüksək xidmətə görə “Azərsu” ASC “Qlobal Su təsərrüfatı liderləri” Qrupu tərəfindən 2015-ci ilin “Su Liderləri” nominasiyasında mükafata layiq görülüb. Bu münasibətlə “Qlobal Su təsərrüfatı liderləri” Qrupu tərəfindən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova təbrik məktubu göndərilib.

“Qlobal Su təsərrüfatı liderləri” Qrupu dünya üzrə qlobal su problemlərinin həlli sahəsində fəaliyyət göstərən mötəbər qurumlardan biridir. 2500-ə yaxın üzvü olan qrupda dünya ölkələrinin su sektoru üzrə dövlət təşkilatları və özəl şirkətlərinin rəhbərləri təmsil olunur. Qrupun təşkilatçılığı ilə hər il “Qlobal Su” forumları keçirilir. Forumlarda dünyada mövcud su problemləri haqqında məruzələr dinlənilir və operativ çıxış yolları ətrafında müzakirələr aparılır. Qrupun təsis etdiyi “Su Liderləri” adlı jurnalda dünya üzrə su sektorunda görülən işlər, hesabatlar, nailiyyətlər və problemlər haqqında məqalələr dərc olunur.