YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lüksemburq saxta təbliğat alətinə çevrilib

Azərbaycan tərəfi Qarabağ bölgəsinə kənardan gələn və özünü erməni sakinlərin nümayəndəsi kimi təqdim edən şəxslərlə deyil, əvvəllər olduğu kimi erməni sakinləri təmsil etmək hüququ olan nümayəndələrlə dialoq aparmağa hazır olduğunu bəyan edib. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, habelə ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına uyğun olaraq Azərbaycanın daxili işlərinə qarışmamalı və ərazi iddialarından əl çəkməlidir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri Jan Asselbornun bəyanatlarına dair şərhində bildirilib.

Qeyd edilib ki, Lüksemburq nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır: “Görünür ki, əvvəllər olduğu kimi Lüksemburq tərəfi Ermənistan tərəfinin saxta təbliğatının əks olunduğu tezislərdən istifadə təcrübəsindən hələ də əl çəkməyib. Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcəyini bir daha bəyan edirik”.