YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaman tanıyırıq: heç nə itirməyəcəyik

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclas Azərbaycan, Gürcüstan və Ermənistan üçlüyünün bir araya gətirilməsi baxımından tarixi əhəmiyyətə malik oldu.

Azərbaycan hər zaman digər dövlətlərlə əlaqələrin qarşılıqlı əməkdaşlıq və dialoq mühiti çərçivəsində inkişafına maraqlı olub. 30 il Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan daim münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə həddindən çox səy göstərib.

İndiki dövrdə Avropada Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün müxtəlif formatlarda hər iki ölkənin başçıları arasında görüşlər keçirilir. Təəssüflər olsun ki, bu görüşlərdən sonra Ermənistan pozitiv reaksiyalar versə də bir müddət sonra bu meyllər artıq təxribatlarla əvəzlənir. Ermənistan rəhbərliyi hələ də baş verənlərdən düzgün nəticə çıxara bilmir və beləliklə sülh prosesini əngəlləyərək mövcud vəziyyəti uzatmağa çalışır. Ancaq Azərbaycan Ermənistanın bu əməllərindən təbii ki, xəbərdardır və buna baxmayaraq Ermənistana müəyyən qədər zaman çərçivəsində öz səhvlərini başa düşüb dayanıqlı sülhə nail olmaq istiqamətində əməli addımlar atması üçün zaman tanıyır. Azərbaycanın bu prosesdə itirəcəyi heç bir şey yoxdur. Ona görə ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində Ermənistanın işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa edib və artıq 2 ildən çox müddətdir ki, bu ərazilərdə böyük quruculuq və bərpa işlərinə başlayıb. Yəni, Azərbaycanı heç bir qüvvə, heç bir kənar təsir qarşıya qoyulan hədəflərdən döndərə bilməz.

Konfransda Prezident İlham Əliyevə verilən suallardan biri də Şuşa-Xankəndi yolu üzərində Xankəndidə yaşayan insanların keçidinə rahat şəraitin yaradılması soruşuldu. Cənab Prezident öz cavabında təbii olaraq moderatora lazımi cavabı verdi. Təəssüflər olsun ki, Avropa İttifaqındakı dairələr məsələyə hərtərəfli yanaşmağı bacarmırlar. Azərbaycanlı aktivistlər yolu bağlamayıb və aksiya başlayandan artıq 2400-ə qədər nəqliyyat vasitəsi, humanitar yardım karvanları, Rusiya sülhməramlıları kontingentinin avtomobilləri buradan maneəsiz keçiblər. Eyni zamanda yerli əhalinin gediş-gəlişinə heç bir məhdudiyyət yoxdur. Belə olan halda Azərbaycan Prezidentinə bu cür sualın verilməsi qərəzli və qeyri-obyektiv yanaşmanı göstərir.

Prezident İlham Əliyev çıxışında bir daha Azərbaycanın diqtə etdiyi yeni reallıqları qəbul etməkdə çətinlik çəkənlərə xatırlatma etdi ki, Azərbaycan ərazisində “Dağlıq-Qarabağ” deyilən söz birləşməsi yoxdur. Qarabağ adlanan bir ərazi var və orada yaşayan ermənilər hansılar ki, Xankəndiyə sonradan gəlmə deyil əvvəldən doğulub yaşayanlardır, onlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycan həmin şəxslərin bütün hüquq və təhlükəsizliyini təmin etməyə hazırdır. Ermənistanın Azərbaycanla sülhə getməkdan başqa çıxış yolu yoxdur.