YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarında iştirak edəcək türkiyəli idmançıların bir qrupu Azərbaycana gəlib

Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançıları və nümayəndə heyətləri ölkəmizə gəlməkdə davam edirlər.

Oyunlarda iştirak edəcək türkiyəli idmançıların bir qrupu iyunun 8-də Azərbaycana gəlib.

Qardaş ölkə idmançılarını Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-2015” Əməliyyat Komitəsinin əməkdaşları, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun və birinci Avropa Oyunlarının könüllüləri qarşılayıblar.

Komandanın nümayəndələri xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb.

“Bakı-2015” Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah yarışlar başlayana qədər fasiləsiz fəaliyyət göstərəcək.