YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güc mərkəzlərinə konkret mesaj...

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Beynəlxalq təhlükəsizlik siyasətini müzakirə etmək üçün dünyanın aparıcı forumlarından biri olan Münxen Təhlükəsizlik Konfransının 59-cu iclası ölkəmiz üçün əlamətdar oldu. Konfransda dövlət başçıları, nazirlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının aparıcı üzvləri,o cümlədən dünyanın müxtəlif ölkələrindən olan  450-dən çox yüksək vəzifəli şəxslər iştirak etmişdir. Konfransda transatlantik və Avropa məsələləri, eləcə də beynəlxalq ictimaiyyəti narahat edən problemlər də daxil olmaqla, təhlükəsizliklə bağlı mövzular geniş müzakirə olunub.

Münxen Təhlükəsizlik Konfransı dedikdə yadımıza 2020-ci ilin fevral ayında Konfrans çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri arasında keçirilmiş canlı debat düşür. Həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab vermişdi.

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxışı zamanı bir daha bütün dünyaya liderlik keyfiyyətlərini nümayiş etdirdi. Cənab İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın əsasız iddalarını həmişə olduğu kimi yenə də puç etdi. Cənab İlham Əliyev bütün dünya ictimaiətinin bir daha diqqətinə çatdırdı ki, “Qarabağ Azərbaycanın tərkib hissəsidir və Qarabağ münaqişəsi artıq bitib. Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin biz heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Beləliklə, biz onun dondurulmadığını sübut etdik. Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də biz, sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq.”

Cənab İlham Əliyevin bu çıxışı dünyanın güc mərkəzlərinə və beynəlxalq təşkilatlara böyük bir mesaj idi. Bu mesaj həmdə Azərbaycanın müstəqil siyasət yürüdən, suverən bir dövlət olduğunu bir daha bütün dünyaya sübut etdi. Çünki  müstəqil siyasəti və demokratik dəyərləri olmayan  bir dövlətin başçısı dünya mediası qarşısında bu formada  cəsarətli çıxış edə bilməzdi.

Bəli, cənab İlham Əliyevin qlobal nüfuzu hər keçən gün Azərbaycana beynəlxalq etimadı yüksəldir.

Bu gün Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınır.

DİGƏR Xəbərlər Arxiv