YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2015” birinci Avropa Oyunlarının mobil tətbiqetməsi istifadəyə verilib

“Bakı-2015” birinci Avropa Oyunlarının mobil tətbiqetməsi istifadəyə verilib.

Bu tətbiqetməni “Windows Phone” əməliyyat sistemindən əldə etmək mümkündür.

“Bakı-2015”-in mobil tətbiqetməsi barədə saytda yer alan xəbərdə deyilir: “Avropa “Eurovision” kimi qitə əhəmiyyətli daha bir hadisəyə - birinci Avropa Oyunlarına hazırlaşır və böyük həvəslə bu mühüm yarışın başlamasını gözləyir. Bu ərəfədə “Windows Phone” əməliyyat sistemi sizə bu tarixi hadisə ilə bağlı yeni mobil tətbiqetmə təqdim edir. Burada siz bütün Oyunların cədvəli, eləcə də möhtəşəm idman hadisəsi ilə bağlı məlumatları öyrənə, eləcə də videolara baxa, atletlər və sair barədə informasiya əldə edə bilərsiniz”.

Saytda mobil tətbiqetmədə Azərbaycanla bağlı məlumatların da yer aldığı vurğulanır, tətbiqetməyə keçid üçün barkodun yerləşdirildiyi bildirilir.