YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehriban xanım Əliyevanın geosiyasi, ictimai-mədəni və humanitar diplomatiyada müstəsna rolu

Azərbaycanlı olduğuma görə çox qururluyam!

Birinci vitse-prezident Mehriban Əliyeva

Ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamından qaynaqlanan Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının prezidentiyəm” məntiqi Birinci vitse-prezident Xanım Mehriban Əliyevanın “Azərbaycanlı olduğuma görə çox qürurluyam” xalq+dövlət+humanitar irs paradiqmasıdır.

XXI əsrin birinci qərinəsində dünyanın mənzərəsi münaqişə, müharibə, Covid-19 Pandemiyası, qlobal  böhran, iqtisadi kataklizmlərlə tarixləşir. Bu qlobal çətinliklərlə mübarizədə səmərəli idarəetmə amili də prioritetləşir.

Müasir Azərbaycanda institusional mühiti, hakimiyyətdə və qanunvericilik sahəsində, eləcə də sosio-mədəni-iqtisadi istiqamətdə aparılan islahatların əsasında məhz hüquqi dövlət quruculuğu, idarəetmənin gəncləşərək təkmilləşməsi və müasirləşməsi strategiyası durur.

Bu baxımdan da 26 sentyabr 2016-cı ildə Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı keçirilən Referendiuma əsasən dövlət və hakimiyyət idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutunun yaradılması müstəsna əhəmiyyətə malikdir. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.

2017-ci il 21 fevralda Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edərək dedi: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipal, çox xeyirli bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda ilk dəfə olaraq 21 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti institutu təsis edildi və bu vəzifəyə ilk dəfə olaraq Mehriban xanım Əliyeva təyin olundu. Birinci vitse-prezident institutunun təsis olunması dövlətçilik sistemində ən yeni mərhələ oldu. 

 Mehriban xanım Əliyevanın istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə peşıkar işgüzarlığı, mövqeyi, təşkilatçılıq bacarığı, humanizmi onun ulu öndər Heydər Əliyevin dövlətçilik institutunun istedadlı və təşəbbüskar yetirməsi olduğunun təsdiqidir. Elə bu kontekstdən də Mehriban xanım Əliyeva vurğulayır: “Mən əminəm ki, vəzifədən aslı  olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yaşamalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”.

- Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev ­Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini  Mehriban xanım Əliyeva ölkəmizi dünyada tanıdır.

- Mehriban xanım Əliyevanın siyasi-ictimai həyatda formalaşması həm daxili istedadı, bacarığı, mükəmməl təhsili, praqmatik zəkası, həm də taleyinə yazılmış ulu öndər Heydər Əliyev kimi Böyük Strateqin siyasət məktəbindən dərs almasıdır. Azərbaycanın Birinci xanımı vurğulayır: “Ulu öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan insan idi. Eyni zamanda onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanla münasibətdə o, çox sadə və ədalətli idi”.

-Heydər Əliyev Fondu dünyada öz çoxmiqyaslı, xeyirxah fəaliyyəti ilə seçilən, böyük layihələrə imza atan vətəndaş cəmiyyəti qurumudur və onun prezidenti Mehriban xanım Əliyevadır. Fond ölkədə və dünyada səhiyyə, təhsil, elm, mədəniyyət, mənəviyyat və s. çoxşaxəli  sahədə müxtəlif sosio-humanitar tədbirləri gerçəkləşdirməklə, humanitar  dövlət siyasətinin həyata keçirilməsində, əsasən də keçmiş “Qarabağ” probleminin təbliğində xeyli işlər aparmışdır.

- Azərbaycanın Birinci xanımı Azərbaycan adət-ənənələrinə hörmət, diqqət və sayğı ilə yanaşan güclü bir qadın rəhbər xarakterini əks etdirir. Onun çoxşaxəli fəaliyyəti örnəkdir.

- Mehriban xanım Əliyeva Azərbaycan xalqının, dövlətinin mədəni-siyasi və tarixi-ictimai maraqlarını beynəlxalq aləmdə əks etdirməklə yanaşı, müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını da dünyaya tanıdır. Bu ölkəmizin siyasi-iqtisadi, sosial-ictimai, mədəni-mənəvi tərəqqisində yeri və xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidentinin Azərbaycan örnək roludur. 

- Mehriban xanım Əliyeva Azərbaycanda milli dövlətçilik institutunun  formalaşmasına xidmətləri yetərincə olan, çoxyönlü fəaliyyəti ilə dünyada tanınan, qəbul edilən humanist dövlət xadimidir.

- Mehriban xanım Əliyevanın Azərbaycan diplomatiyasında digər bir rolu onun Şərq milliliyi ilə Qərb modernliyinin paralelliyində çoxsaylı humanist layihə  təşəbbüslərini reallaşdırmasıdır. 21 fevral 2017-ci il Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev qeyd etdi ki: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”.

-   Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü ilə paytaxtın, respublikanın əksər yerlərinin və işğaldan azad olunan Qarabağın memarlıq simasının modernləşməsi, yenilənməsi, dünyanın müasir, baxımlı, gəzməli, görməli turizm şəhər və rayonlarına çevrilməsi gerçəkliyidir.

-   Birinci vitse-prezidentin Prezidenti İlham Əliyevin modernləşmə və innovativ dayanıqlı inkişaf kursuna dəstəyi, bu sahədə xidmətləri də danılmazdır. Əsrlərdən gələn Azərbaycan muğamına, milli aşıq musiqisinə, xalçaçılıq kimi xalq sənətlərinə və digər mədəni trendlərimizə yeni çalar verilməsi, bu ənənəvi irsimizin dünyaya tanıdılması da Mehriban xanım Əliyevanın humanist-mədəni fəaliyyətinin mühüm  komponentlərindəndir. “Avroviziya” müasir ­musiqi müsabiqəsi, Avropa və İslam ölkələri idman oyunları və s. müxtəlif musiqi və idman ­yarışlarının ­reallaşmasında Birinci vitse-prezidentin gərgin əməyi, yorulmaz zəhməti, təşkilatçılıq istedadı yüksək dəyərləndirilir ki, bu da Mehriban xanım Əliyevanın beynəlxalq - ictimai-mədəni diplomatiyada nümunəvi fəaliyyətidir.  

- Birinci vitse-prezident öz fəaliyyətində əsasən, irimiqyaslı mədəni, humanitar, ictimai layihələri çoxyönlü istiqamətdə inamla, ardıcıllıqla gerçəkləşdirməkdədir. Bu, ölkənin sosio-iqtisadi-dayanıqlı inkişaf kursu ilə bağlı kompleks layihələrin həyata keçirilməsində yaxından iştirakla, müstəqil Respublikamızın sistemli ictimai-mədəni, sosio-humanitar bir “Azərbaycan modeli” trendinin dünyada tanıdılmasında dövlət siyasətinə dəstək verməklə Azərbaycan ictimai diplomatiyasına dəstəkdir.

- Mehriban xanım Əliyeva Vətənin ağır çətin, məqamlarında - istər Aprel döyüşləri, istər 44 günlük Vətən müharibəsi, istərsə də ağır COVID-19 pandemiyası zamanında Azərbaycan xalqının həmdəmi, ­doğması kimi Ümid Yoluna işıq saldı;

- “Sizin Mehriban” imzası ilə xalqa ünvanlanan çağırış və müraciətlərindəki səmimilik, vətənsevərlik, qayğıkeşlik  hər bir Azərbaycan vətəndaşına onu bir daha yaxınlaşdırdı və “Bizim Mehriban xanım” adı milyonların məhrəm müraciətinə döndü. Birinci xanım şəhid ana, bacı və övladlarının ağrılarına həssas yanaşması ilə Vətən yolunda qurban gedənlərə hörmət və qayğını qəlbən ifadə edir. Bu ehtiramda, ülvi ünsiyyətdə mərhəmətli bir Ana ürəyinin, qayğıkeş Dövlət Xadimin milli xarakteri inikas olunur;

- Birinci vitse-prezident cəmiyyətin həssas qruplarının problemlərinin həll olunması, çoxmədəniyyətliliyin qorunmasında çoxsaylı ictimai-mədəni layihələrin reallaşmasına stimul verir ki, bu ölkədə ictimai diplomatiya örnəyidir. Belə ki, 2023-cü il 6 fevral Türkiyədə baş verən faciəvi zəlzələyə həm mənən, həm də humanitar missiya ilə yardım göstərən Heydər Əliyev Fondunun həssaslığı da Qardaşlıq və Dostluğa sadiq qiymətidir.

Rəna Mirzəzadə

AMEA Fəlsəfəvə Sosiologiya İnstitutu “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, professor