YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İradə və güc gərəkdir...

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Hər il fevral ayında Münxen şəhərində təşkil edilən Münxen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu kimi dəyərləndirilir. Konfransın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir.

59-cu Münxen Təhlükəsizlik Konfransı Azərbaycan üçün mühüm məqamlarla yadda qaldı. Dövlət başçısı İlham Əliyevin konfransa qatılan az sayda dövlət başçıları arasında olması, iki plenar iclasda iştirakı, konfrans çərçivəsində çoxsaylı görüşlər keçirməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna bir daha aydınlıq gətirdi.

Dövlət başçısı İlham Əliyevin "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda iştirakı və çıxışı ölkəmizin diplomatik uğurlarının davamlılığına geniş imkanlar yaratdı. Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak etdilər. Cənab İlham Əliyev çıxışında bir çox məsələlərlə bağlı fikirlərini səsləndirdi, Azərbaycanın sülh təklifindən bəhs etdi, bir sözlə, Cənubi Qafqaz regionunun təhlükəsizliyi ilə bağlı Azərbaycanın xəritəsini təqdim etdi. “Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik” söyləyən Prezident İlham Əliyev bildirdi ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun.  Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Bu işi gec yox, tezliklə tamamlayacağımıza ümid edirik. Bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər.

Münxen Təhlükəsizlik Konfransı dövlət başçısı İlham Əliyevin parlaq qələbəsi və Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti məğlubiyyəti ilə yadda qaldı. Ermənistan rəsmisinin yenə də çıxışını yalan, qeyri-cidi fikirlər üzərində qurması konfrans iştirakçıları üçün sadəcə vaxt itkisi oldu. Prezident İlham Əliyev həm işğal, həm də postmünaqişə dövrünün reallıqlarını faktlar əsasında beynəlxalq auditoriyaya çatdırdı. Onu da xüsusi qeyd etməliyik ki, builki tədbirin iştirakçılarının say tərkibi geniş idi. Müzakirəyə çıxarılan məsələlərin, ən əsası plenar iclasın mövzusunun olduqca böyük maraq kəsb etməsi tədbirin gedişindən özünü qabarıq şəkildə büruzə verdi. Məhz bu marağın böyüklüyünə rəğmən dövlət başçısı İlham Əliyev plenar iclasdan sonra Azərbaycan televiziya kanallarna müsahibəsində bu məqamı xüsusi qeyd etdi ki, əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi.

Konfrans çərçivəsində aparılan müzakirələr Azərbaycanın mövqeyinin dəstəklənməsi ilə müşayiət olundu. Bu baxımdan ki, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanması lazımdır. Azərbaycan sülh təklifini iki il bundan əvvəl Ermənistana təklif edib. Dövlət başçısı İlham Əliyev bir daha bu çağırışı etdi ki, əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olacaq.