YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: Nüfuzlu beyənlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın inkişafının, dünyada artan imicinin göstəricisidir

«Azərbaycan nüfuzlu beyənlxalq tədbirlərin keçirildiyi ölkədir. Bu amil Azərbaycanın inkişafının, dünyada artan imicinin göstəricisidir». Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, ilk Avropa Oyunları da məhz Azərbaycanın uğurlarının nəticəsi olaraq ölkəmizdə keçirilir. Onun sözlərinə görə, bu hadisəyə dostlarımızın sevindiyi kimi bədxahlarımızı narahat edir.

«Son zamanlar ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının arxasında da məhz bu amil dayanır. İlk Avropa Oyunları ərəfəsində müəyyən xarici dairələr fəallaşaraq, Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Təbii ki, onlar məqədlərinə çatmayacaq. Çünki həmin dairələrin kimliyi bütün dünyaya yaxşı məlumdur. Azərbaycan cəmiyyəti də bu məsələdə fəaldır,  qarayaxma kampaniyasına qarşı fəal şəkildə mübarizə aparır»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.