YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətin ən böyük sərvəti onun güclü Lideridir

Fevralın 17-də YAP Xaçmaz rayon təşkilatı "Heydər Əliyev ili” çərçivəsində tədbir keçirib.

Vaxtilə ümummilli lider Heydər Əliyev ilə görüşmüş insanlarla keçirilən görüş Ulu Öndərin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının və qardaş Türkiyədə baş verən təbii fəlakət qurbanlarının əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri  giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Ulu Öndərin Azərbaycan dövləti və xalqı üçün göstərdiyi misilsiz xidmətlərdən, həyata keçirdiyi uğurlu siyasətdən danışıb. Qeyd edib ki, dövlətə və xalqa uğurlu xidmət missiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin ən böyük sərvəti onun güclü Lideridir. Azərbaycan xalqının lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.

Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qeyd edib ki, Ulu Öndərin Azərbaycan üçün xidmətlərini sadalamaqla bitməz. Ümummilli Liderimiz dünyanın siyasi xəritəsindən silinmək üzrə olan Azərbaycanı bu bəlalardan xilas edərək, güclü inkişaf yoluna çıxarıb. Zaman keçdikcə Ümummilli Liderin respublikamız, xalqımız üçün nə qədər böyük xidmətlər göstərdiyinin bir daha şahidi oluruq. Bu gün Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Vətən müharibəsində qazandığımız tarixi Zəfər də ulu öndər Heydər Əliyev ideyalarının əbədi olaraq yaşadığını bir daha təsdiq etmiş oldu.  Dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət nəticəsində Azərbaycan yeni-yeni zirvələr fəth edir.

Tədbirdə Ulu Öndərlə şəxsən  görüşmüş Milli Qəhrəman atası Əlibala Şahbazov, Sabir Məmmədov, Nazim  Ağayev, Sürayyə Əmirova, Abasyar Heydərov, Ələsgər Babayev, Mədinə Nurməmmədova və başqaları Azərbaycan dövlətinin xilaskarı ilə bağlı xatirələrini bölüşüblər.

DİGƏR Xəbərlər Arxiv