YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji öncəliklər bəllidir

“Prezident İlham Əliyevin ölkənin enerji təhlükəsizliyi məsələsinə həssas yanaşması azad edilmiş torpaqlarımızda aparılan işlərdə də özünü göstərir. Hazırda həmin ərazilərdə 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilib. Əlbəttə bu da öz növbəsində gələcək perspektivdə həm ora köçən sakinlərimizin həyat şəraitinə müsbət təsir edəcək, həmçinin də sənaye obyektlərinin yüksək səviyyədə fəaliyyətinə töhfə olacaq”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

Vüqar İskəndərov bildirib ki, hazırda işğaldan azad olunan torpaqlarımızda böyük tikinti quruculuq işləri aparılır: “Bu quruculuq işlərinin fonunda enerji resurslarından düzgün və əlverişli şəkildə istifadə də prioritet məsələdir. 3 il ərzində həmin ərazilərdə görülən işlərə nəzər salsaq, görə bilərik ki, necə böyük uğurlar qazanılıb və layihələr reallaşdırılır. İki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu rəqəm ilin sonuna qədər 200 meqavata çatacaq. Beləliklə də azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Enerji ehtiyatlarından səmərəli formada istifadə ilə yaradılmış bu stansiyalar imkan verəcək ki, həmin ərazilərdə genişmiqyaslı inkişaf olsun. Həmçinin bildiyiniz kimi, Şərqi Zəngəzurun və Qarabağ bölgəsinin böyük hidroenergetika ehtiyatları var. Biz təbiətin bizə verdiyi nemətlərdən səmərəli şəkildə istifadə etməliyik. Burada da enerji resursları üçün olduqca əlverişli imkan yaranıb. Azad edilmiş torpaqların potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq”.

Deputat həmçinin qeyd edib ki, Azərbaycanda enerji imkanları olduqca genişdir: “Bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var. Təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Bu istiqamətdə də hazırda işlər görülür. İki stansiya inşa edilir - 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası isə yaxın vaxtlarda başlayacaq, o da təqribən 240 meqavat əlavə güc verəcək. Prezident İlham Əliyevin enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi islahatlar bizi əmin edir ki, təbii ehtiyatlarımızdan səmərəli istifadə etməklə və vaxtında atılan addımlar sayəsində böyük nailiyyətlər əldə edəcəyik”.

DİGƏR Xəbərlər Arxiv