YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etimad mühiti

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Fevralın 13-də “Gülüstan” sarayında keçirilən  müstəqillik dövrünün  1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi Azərbaycanın, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında növbəti addım kimi dəyərləndirilir. Bu kimi mühüm addımlar, həmçinin ölkəmizin beynəlxalq aləmdə yeri və roluna, əməkdaşlıq əlaqələrinin bugünkü inkişaf səviyyəsinə də işıq salır.

Azərbaycanın  Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Hər zaman bu mühüm məqam qeyd edilir ki, dövlətimizin siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq prioritetdir. Bu əlaqələrdə enerji amili mühüm rol oynayır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi, eyni zamanda, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihərinin hər birinin uğurlu sonluqla başa çatdırmaqda maraqlı olması  daim dünyanın diqqətindədir. Ölkəmizin yeni dostlar, tərəfdaşlar qazanmasında da  hər zaman münasibətlərdə etimad mühitinin qorunması əsas rol oynayır. Bu isə ölkəmizin etibarlı tərəfdaş kimi nüfuz qazanmasında öz sözünü deyir. Bu baxımdan  İtaliya şirkətinin yeni stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Ümumilikdə Azərbaycanla Avropa ittifaqına üzv olan  9 dövlət arasında Starteji Tərəfdaşlığa dair səqnəd imzalanıb. Bu isə  öz növbəsində həm həmin ölkələr arasında ikitərəfli əməkdaşlığın, həm də Avropa İttifaqı ilə əlaqələrin inkişafında  əhəmiyyətli rol oynayır. İtaliya daim  ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın yüksələn xətlə inkişafına öz töhfələrini verməyə səy göstərir.

İtaliya Cənub Qaz Dəhizi layihəsinin  7 iştiakçısından biridr. İki il bundan öncə, 2020-ci il  dekabrın 31-də Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biri olan TAP istifadəyə verildi. Dövlət başçısı İlham Əliyev sözügedən təməlqoyma mərasimində bu məqamlara diqqəti yönəldərək bildirdi ki. bütövlükdə Azərbaycanla İtaliya arasında  energetika sahəsində əməkdaşlıq ənənəvidir: “Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik. Əlbəttə ki, burada TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir.” 

Azərbaycan-İtaliya əməkdaşlığının yüksək səviyyədə olması bütün sahələrdə özünü qabarıq şəkildə büruzə verir. Hazırda hər bir ölkə üçün enerji təhlükəsizliyinin əsas məsələlərdən olduğu bir vaxtda Azərbaycan-İtaliya əməkdaşlığı uğurlu sonluqla başa çatan, dünyanın təhlükəsizliyinə böyük töhfə olan  layihələrdə özünün aydın ifadəsini tapır. İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun qeyd etdiyi kimi, Azərbaycan-İtaliyə əməkdaşlığında  yeni səhifə açılır.