YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniyanın “La Republica” qəzetində birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qərəzli mövqe barədə məqalə dərc olunub

İspaniyanın “La Republica” qəzetində “Bakı-2015” birinci Avropa Oyunları və bu möhtəşəm idman hadisəsi ərəfəsində Azərbaycana qarşı qərəzli mövqe ilə bağlı məqalə dərc edilib.

Müəllif Marino Gallindo məqalədə birinci Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycanın köhnə qitəyə yeni təcrübə yaşadacağını qeyd edir. Yazıda ölkəmizin adının İspaniyanın “Atletico de Madrid” futbol komandasının oyunçularının köynəyinin üzərində yer aldığı, Qafqaz ölkəsinin bu Oyunları keçirməkdə niyyətinin Avropanı bir araya gətirmək, eləcə də dünyaya inteqrasiya etmək olduğu vurğulanır. “Bakı 2015”in tarixçəsini xatırladan jurnalist ölkəyə qarşı təzyiqlərin əslində gözlənilən olduğunu bildirir.

“İstənilən belə bir böyük tədbir keçirən ölkəyə qarşı digər maraqları olan dövlətlər əks kampaniyaya başlayır. Çində keçirilən Olimpiya Oyunları zamanı ölkəyə qarşı olan təzyiqlər hələ də yaddaşlardan silinməyib. Bu zaman həmin ölkəyə qarşı digər siyasi və ya iqtisadi maraqları olan dövlətlər hərəkətə keçir. Əgər deyilən faktlar indiyədək doğrudan da bu cür dözülməz olsaydı Avropanın rəsmi qurumları buna əsla səssiz qalmazdı,” – deyə müəllif yazır. Müəllif “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində də eyni vəziyyətin yaşandığını qeyd edərək bu fəaliyyətlərdə Ermənistan amilini xüsusi diqqətə çatdırır.

Azərbaycanın Avropa Oyunlarına apardığı hazırlığa toxunan müəllif Oyunlarla bağlı Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikenin də hazırlıqlarla bağlı vəziyyətin yüksək olmasına dair fikrini sitat gətirir.

Yazıda daha sonra Oyunlarla bağlı məlumat verilir, möhtəşəm idman hadisəsinin miqyasından bəhs edilir.

 

DİGƏR Xəbərlər Arxiv