YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha böyük imkanlar

“Cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi və Prezident İlham Əliyevin həmin mərasimdə çıxışı olduqca əhəmiyyətlidir və bu hadisə müstəqillik tariximizdə, ölkəmizin inkişaf mərhələsində mühüm yer tutur. Əminliklə deyə bilərik ki, ölkəmizdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrin inkişafına hədəflənmiş və öz müsbət nəticələrini vermiş islahatlar enerji sahəsində də uğurla davam etdirilir. Bu gün məqsədyönlü enerji siyasətinin həyata keçirilməsi sayəsində bir çox nailiyyətlərə imza atılıb”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib.

Onun sözlərinə görə bu gün ölkəmizin enerji potensialı böyükdür və 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının inşası ilə potensialımız daha da güclənəcək. Həmçinin Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. Bu təməlqoyma mərasimi Azərbaycanın enerji siyasətində önəmli səhifə və daha böyük uğurlarımızın başlanğıcıdır.

Rayon təşkilatının sədri vurğuladı ki, Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Xüsusilə qeyd etmək lazımdır ki, Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən məhz Ulu Öndər Heydər Əliyev olub. Təsadüfi deyil ki, müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümummilli liderin bütün sahələri əhatə edən uğurlu siyasi xətti enerji sahəsində də əsas bünövrə rolunu oynayıb və bu gün bu siyasətin davam etdirilməsi ilə enerji sahəsindəki uğurlarımız günbəgün artır. Ölkəmizin potensialının yüksəlməsi ilə yanaşı, daha böyük imkanların yaranmasına səbəb olur: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1976-cı ildə təməli qoyulan və 1981-ci ildə açılışı baş tutan Mingəçevir elektrik stansiyası 2018-ci ildə dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında yenidən qurulub. Bu yenidənqurma prosesinin yekunlaşması ilə stansiya daha böyük imkanlar əldə edib və  bu gün ölkəmizin bu sahədəki inkişafına önəmli töhfələrini verməkdə davam edir”.

Vüsar İsmayılov yeni stansiyanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olacağına inamını və əminliyini ifadə etdi. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin davam etdirilməsi ilə uğurlarımızın və enerji təhlükəsizliyindəki mövqeyimizin bundan sonra da təkcə regionda deyil, Avropada və bütün dünyada önəminin daha da artacağını bildirdi.

DİGƏR Xəbərlər Arxiv