YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mladen Gaçeşa: Keçdiyimiz hər bir ölkədə “Bakı-2015”-i və Azərbaycanı təbliğ edirik

“Biz Azərbaycanı çox sevirik. “Bakı-2015” ilk Avropa Oyunlarını izləmək üçün Avropa turuna çıxmaq bizim Azərbaycana olan hörmət, sevgi və ehtiramımızın təzahürüdür”.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində veloturun iştirakçılarından biri - Xorvatiya “Pedalinac” Velosiped Klubunun üzvü Mladen Gaçeşa söyləyib.

M.Gaçeşa deyib: “Biz bundan əvvəl 2008-ci ildə Zaqreb-Pekin, 2012-ci ildə Zaqreb-London, 2014-cü ildə isə Zaqreb-Soçi veloturuna çıxmışdıq. Bu, sayca dördüncü səfərimizdir və velosipedçilərimiz bu tura xüsusi sevinclə qoşulublar. Biz Xorvatiya, Monteneqro, Albaniya, Makedoniya, Yunanıstan və Türkiyədən keçmişik və gördüyünüz kimi, hazırda Gürcüstandayıq. Keçdiyimiz hər bir ölkədə Azərbaycandan, “Bakı-2015” ilk Avropa Oyunlarının əhəmiyyətindən bəhs edirik”.

Velosipedçilər 32 gün ərzində 3200 kilometr məsafə qət ediblər. İyunun 6-da onlar Tbilisidən Bakıya yola düşəcəklər.