YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə YAP Qusar rayon təşkilatının qərargahında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını qeyd edən rayon təşkilatının sədri bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını vurğulayıb.

David İbramxəlilov rayon təşkilatının 30 il ərzində keçdiyi yola da nəzər salıb. Bildirib ki, YAP Qusar rayon təşkilatının 14 fevral 1993-cü il tarixində təsis konfransı keçirilib. Hazırda 61 ərazi partiya təşkilatı 6260 nəfər partiya üzvünü öz ətrafında birləşdirib. Partiya üzvlərinin 2983 nəfərini qadınlar, 3217 nəfərini gənclər təşkil edir.

Rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, partiya veteranı Telman Kazımov, rayon ağsaqqalları Fəxrəddin Qaçabəyov, Ağabala Ağabalayev çıxışlarında bildiriblər ki, bu gün sıralarında 700 mindən çox insanı özündə birləşdirən partiya gücünü xalqdan alır.

Sonda bir qrup partiya veteranına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.