YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarda partiyaya yeni qəbul edilmiş üzvlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatında partiyaya yeni qəbul edilmiş üzvlərlə görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı iştirakçıları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Rayon təşkilatının fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrdən söz açan K.Qurbanlı hər bir partiya üzvünün fəal olmalı olduğunu, təşkilatın işində yaxından iştirak etməklə öz töhfələrini əsirgəməmələrinin vacibliyini vurğulayıb. Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət və bu siyasətin uğurlarından danışıb.

Tədbir zamanı partiya sıralarına qəbul edilən yeni üzvlərə vəsiqələr təqdim edilib.