YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Osman Bayramovun doğum günü qeyd olunub

Biləsuvarda Vətən müharibəsi şəhidi Bayramov Osman Zeyqəm oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan şəhidin anadan olmasının 36-cı ildönümü münasibətilə ailəsini və kənd qəbristanlığındakı məzarını ziyarət ediblər.

Ziyarət zamanı şəhidin keçdiyi həyat yolundan danışılıb, dövlət başçısının şəhid ailələrinə, Qarabağ əlillərinə olan diqqət və qayğısı vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Şəhid Bayramov Osman Zeyqəm oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimiz ailəli olub, iki övladı dövlətimizə və xalqımıza əmanətdir.

DİGƏR Xəbərlər Arxiv