YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhidin xatirəsi əbədiləşdirilib

Ağstafa rayonu Xətai kəndində şəhid Əliyev Tahir Çingiz oğlunun doğum günü münasibətilə adına ucaldılmış bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov və müəssisənin əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbir çərçivəsində xiyabanda dəfn olunan digər şəhidlərimizin də məzarları ziyarət olunub.

Daha sonra Xətai kəndində şəhidimizin xatirəsinə inşa olunan bulaq-abidə kompleksinin açılışı olub. Çıxış edənlər şəhidlərimizin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdikləri misilsiz qəhrəmanlıqlarından bəhs ediblər. Şagirdlər Vətənə və şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

Tədbir iştirakçıları, həmçinin Tahir Əliyevin ailə üzvlərini də ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanıblar. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli ömür yolundan geniş bəhs edilib.

Qeyd edək ki, Tahir Əliyev 2022-ci il  avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olub.