YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azəraqrartikinti” ASC-dən Türkiyəyə dəstək

Birlik və həmrəylik  nümayiş etdirmək, çətin günlərdə qardaş harayına yetişmək və yardımsevərlik Azərbaycan xalqına xas olan yüksək mənəvi keyfiyyətlərdən biridir. Qardaş Türkiyədə baş vermiş və hər bir azərbaycanlını sarsıtmış dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərilən dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı hörmətin  möhkəm və əbədi olmasının növbəti əyani sübutudur. Mərhəmət və humanizm prinsipləri, yardımsevərlik hər zaman Türkiyə- Azərbaycan münasibətlərinin ayrılmaz hissəsi olub. 

Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatlarına, xəsarət alan insanların  öz sağlamlıqlarına qovuşması üçün görülən təxirəsalınmaz işlərə dəstək verilməsi üçün “Azəraqrartikinti” ASC tərəfindən  T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı - AFAD-a 225 000 TL ianə edilib. “Azəraqrartikinti” ASC hər bir azərbaycanlı bu ağır günlərdə Türkiyənin yanında olmağa səsləyib.

DİGƏR Xəbərlər Arxiv