YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarında iştirak edəcək yunanıstanlı idmançılar iyunun 8-də Bakıya gələcəklər

“Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək Yunanıstan komandasının Azərbaycana gələcəyi tarix müəyyənləşib.

Yunanıstan idmançıları iyunun 8-də Bakıya gələcəklər. Birinci Avropa Oyunlarında bu ölkəni 137 idmançı təmsil edəcək.

Yunanıstanlı atletlər Bakıda badminton, gimnastika, stolüstü tennis, 3x3 basketbol, avarçəkmə, karate, su idmanı, çimərlik voleybolu, güləş, velosiped, boks, sambo, atıcılıq, taekvondo, cüdo, kamandan oxatma və triatlon yarışlarında qüvvələrini sınayacaqlar.