YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Taleyüklü anlar, qürurverici məqamlar

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

6 fevral 2023-cü il tarixdə qardaş Türkiyədə baş vermiş güclü zəlzələ zamanı çoxsaylı insan tələfatı və dağıntılar bizləri çox sarsıtdı. Baş vermiş təbii fəlakətdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verməsi, Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirməsi iki dost və qardaş dövlətin sarsılmaz birliyini bir daha dünyaya nümayiş etdirmiş oldu. Bütün çətin dönəmlərdə biri birinə dəstək olmuş iki qardaş ölkə dostluq və qardaşlıq simvoluna çevrilib.

Tarixə nəzər salanda Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq münasibətlərinin qədim dövrlərə təsədüf etdiyinin şahidi olarıq. Qeyd etmək lazımdı ki, 44 günlük şanlı Vətən Müharibəsi zamanı qardaş Türkiyənin dövlətimizə verdiyi siyasi-mənəvi dəstəyin hər birimiz şahidi olduq. Bəli, bu dostluq və qardaşlıq münasibətləri qədim tarixi köklərə bağlıdır.

Bu günlərdə Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatının olması xalqımızı çox məyus etdi və belə bir məqamda Azərbaycan xalqı da öz gücünü səfərbər edərək çətin durumda olan türk qardaşlarının harayına səs verdi. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən faciənin ilk günündə FHN-in 420 nəfərdən ibarət xilasedici heyəti qardaş ölkəyə göndərilərək Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayıbmışlar. 

Xüsusilə vurğulamaq lazımdır ki, fevralın 9-da Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşmüşdür.  Göndərilən humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir.

Qeyd edək ki, zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən faciədən zərər çəkmiş şəxslər üçün Fond tərəfindən ilkin mərhələdə 36 ton humanitar yardım göndərilib.

Qürurverici məqam ondan ibarətdir ki, xalqlarımız istər xoş günlərdə, istərsə də çətin zamanlarda mənəvi birlik nümayiş etdirərək həm sevincini, həm kədərlərini bölüşüblər.

Bu gün Türkiyə-Azərbaycan münasibətləri daha artıq dəyərlərə sahibdir. Azərbaycan Türkiyə dostluğu və qardaşlığı bundan sonrada əbədi olaraq yaşayacaq və yeni yeni birgə uğurlara, zəfərlərə imza atacaqdır.

DİGƏR Xəbərlər Arxiv