YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaş Türkiyənin yanındayıq!

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Türkiyədə 7,6  maqnitudalı olan zəlzələnin baş verməsi ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən humanitar yardımlar gəlməyə davam edir. Türkiyənin cənubunda baş vermiş güclü zəlzələ minlərlə insanın ölümünə, yaralanmasına və geniş ərazini əhatə edən dağıntılara səbəbəb olmuşdur. Bu ağır gündə qardaş ölkəyə yardım  üçün müraciət edən ilk ölkə məhz Azərbaycan olub. Zələzələnin baş verdiyi ilk gündən bu günə kimi cənab İlham Əliyevin göstərişinə əsasən  dövlətimiz 41 nəfəri tibbi heyət olmaqla FHN-in 725 nəfərlik şəxsi heyəti, xilasetmə avadanlıqları, mobil səhra hospitalı, 4 səhra mətbəxi, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları və digər təxirəsalınmaz yardım vasitələrini qardaş Türkiyəyə göndərib. Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. Edilən yardımların miqdarı hər keçən gün daha da artır.

Hazırda isə zəlzələdən zərər çəkənlər üçün Azərbaycanda yardım kampaniyasına start verilib. Yardım kampaniyası çərçivəsində  Azərbaycanda sadə vətəndaşlar və xeyriyyə təşkilatları Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım toplamağa başlayıb. Kampaniyadan xəbər tutan vətəndaşlarımız zəlzələ qurbanları üçün yorğan, qızdırıcı, paltar, ayaqqabı və digər ləvazimatları yardım toplama məntəqələrinə gətirir. Toplanan yardımlar Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə göndərilir.

Türkiyənin dərdi Azərbaycanın dərdidir. Azərbaycan xalqı bu ağrını öz dərdi kimi hiss edir. Bütün qəlbimizlə inanırıq ki, qardaş dövlət bu ağır günlərin də öhdəsindən gələcək. Bir daha xalqımız adından  türkiyəli qardaşlarımızın üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirəm.