YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda VI “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçiriləcək

İyunun 11-dən 14-dək Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə VI “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçiriləcək.

Fonddan bildiriblər ki, İçərişəhərdə təşkil olunacaq ənənəvi festivalda 17 ölkədən 27 rəssam iştirak edəcək.

“Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. Bu nadir işlər dünyanın müxtəlif şəhərlərində nümayiş etdirilərək, Azərbaycanın tarixi memarlıq abidəsi olan Qız qalasının təbliğində mühüm rol oynayır.

Daim incəsənətin sərhədlərini genişləndirən “Qız qalası” festivalı çərçivəsində bu il rəssamlara, həmçinin “Bakı-2015” birinci Avropa Oyunlarının rəmzləri olan nar və ceyran heykəllərini də rəngləmək təklif olunacaq.